Apollo

nədir?

Apollo, fərdiləşdirilə bilən moda və dizayn dünyasına yeni nəfəs gətirən innovativ tələb əsasında çap platformasıdır. İncəsənət, dizayn və texnologiyanı birləşdirərək biz istifadəçilərimizə unikal məhsullar yaratmaq və bu məhsulları qlobal miqyasda paylaşmaq imkanı təklif edirik.

Apollo güclü təmələ malik iki marka Brandlab Prinberg-in strateji birləşməsindən yaranıb. Bu birləşmə ilə biz Brandlab-ın yaradıcı fərdiləşdirmə gücünü və Prinberg-in çap texnologiyaları sahəsində təcrübəsini bir araya gətirir, istifadəçilərimizə sadəcə platforma deyil, təcrübə təklif edirik. İncəsənət və texnologiyanın kəsişdiyi bu nöqtədə Apollo yaradıcı ideyaları dünyaya açan bir körpü rolunu oynayır.

Sürətli çatdırılma

Artıq sifarişləriniz ehtiyac duyduğunuz anda sizinlədir.

Bir kliklə alış-veriş

Ödəniş və ünvan məlumatlarınızı yadda saxlayın, təhlükəsiz alış-veriş edin.

Geri qaytarma

Aldığınız məhsulları yorulmadan asanlıqla geri qaytara bilərsiniz.

7/24 Dəstək

Platformanın məhsul və xidmətləri ilə bağlı suallarınıza 7/24 cavab ala bilərsiniz.

Apolloda

Missiyamız

Apollo olaraq hər kəsin öz yaradıcı baxışını asanlıqla reallaşdıra biləcəyi bir məkan təklif etməyi hədəfləyirik. İstər peşəkar rəssam, istərsə də dizayna yeni başlayan biri olmağınızdan asılı olmayaraq, Apollo sizi dünya miqyasında əhatə dairəsi və yüksək keyfiyyətli çap həlləri ilə dəstəkləyir. Bizim missiyamız kreativ ideyaları qeyri-məhdud şəkildə həyata keçirmək və onları qlobal auditoriyaya çatdırmaqdır.

Apolloda

Məqsədimiz

Apollo olaraq biz yaradıcı peşəkarların və sənətsevərlərin bir araya gəldiyi qlobal icma yaratmağı hədəfləyirik. Gələcək baxışımız yaradıcı sənayeləri istiqamətləndirən və innovasiya ilə liderlik edən bir marka olmaq məqsədini ehtiva edir. Brandlab və Prinberg ilə birləşməmiz Apollonu daha güclü və dinamik edir; Bu, bizə istifadəçilərimizə daha geniş imkanlar və yüksək keyfiyyət təklif etməyə imkan verir.

#tərziniyarat

Platformamızda olan geyimləri və aksesuarları öz tərzinizə uyğun dizayn edərək sifariş verə bilərsiniz. Günlük geyimlərinizi xüsusiləşdirməyə, sevdiklərinizə özəl hədiyyələr verməyə imkan yaradan apollo, dizayn etdiyiniz məhsulları vizual olaraq görmə imkanı da verir.

“Tərzini yarat” necə işləyir?
Platformaya daxil olaraq istədiyiniz məhsulu seçib xüsusiləşdirməyə başlayın. Xüsusiləşdirmə panelində platformaya daxil olan bir çox dizaynı seçərək, dizaynınızı elementlər sayəsində zənginləşdirərək və ya hazırda olan dizaynı (şəkil, yazı və s .) yükləyərək məhsulun üzərinə yerləşdirib sifarişinizi tamamlayın.